[COLOR=violet][B]YARPAQ DOLMASI[/B]
[/COLOR]
1 böyük quru soğan
250 qr çəkilmiş dana əti
1 su stəkanı yumru düyü
1 fincan+3 yemək qaşığı duru yağ
1 yemək qaşığı kərə yağı qatmaqda olar qatmamaqda amma ləzzətini artırdığı üçün qata bilərsiniz)
2 yemək qaşığı tomat
Duz, qara bibər
Bükmək üçün üzüm yarpağı
Hazırlanması:
Yarpaqları əvvəlcə 3-5 dəqiqə qaynar suda yuyuruq. Təzə yarqapdırsa bunu bir az qaynatsaq daha yaxşı olar. Soğanı ət maşınında çəkin. Buna imkan yoxdursa xırda xırda doğrayın və ya rəndənin (tyorkanın) xırda gözündən keçirin. Yuyulmuş düyünü, soğanı. 1 yemək qaşığı tomatı, duru yağı, duz, istiotu birlikdə qarışdırırq. Sonra xırda xırda dolmaları bükərək və qazana düzürük.